Все фильмы
2014 Küçələrə su səpmişəm Xəlil heç bir günahı olmadan əmisioğlu Bəhmənin yerinə uzun illər həbsdə yatır. Bu illər ərzində isə Bəhmən ali təhsilini başa vuraraq həkim olub. Xəlil həbsxanadan azad olunduqdan sonra doğma kəndində sadə bir həyat tərzi keçirir. Bəhmən uzun illər sonra təsadüfən kəndə gəlir və iki əmioğlu yenidən rastlaşır. Xəlil hər şeyi bir anlıq unudaraq Bəhməni çox yaxşı qarşılayır, hətta evinə qonaq gətirir. Lakin o Bəhmənin ova getmək istəyini biləndə bir anlıq hər şeyi xatırlayır və anlayır ki, ov tüfəngi ilə adam öldürən əmisi oğlu Bəhmənə bütün bunlar dərs olmayıb.
Filmin çəkilişləri Qəbələnin Turyançay qoruğunda və Savalan kəndində, Abşeronun Xırdalan qəsəbəsində, Sulutəpədə, Masazırda, Bakıda, Qubada, Umbakı qəsəbə qəbiristanlığındakı Sofi Həmid pirində və pavilyonda aparılıb.
Film İsi Məlikzadənin “Küçələrə su səpmişəm” əsərinin motivləri əsasında çəkilib. Смотреть
1977 Sevinc buxtası 1920-ci il. Azərbaycanda sovet hakimiyyəti yenicə qurulmuşdur. Neft maqnatları üçün yalnız bir yol qalıb: iqtisadi blokada. Ümid yeri də birdir: müharibə nəticəsində əldən düşmüş sovetlər ölkəsi müstəqil şəkildə öz iqtisadiyyatını dirçəldə bilməyəcək. Belə bir şəraitdə Azərbaycan hökuməti qərar qəbul edir: mühəndis Potyomkinin (Panteleymon Krımov) cəsarətli layihəsini həyata keçirmək, dənizin dibindən neft çıxarmaq üçün mədən salmaq. Minlərlə adam, fəhlə-neftçilər, dağ kəndlərindən gələn əhali də bu möhtəşəm tikintiyə toplaşır...
Kinopovest XX əsrin əvvəlində Azərbaycanda baş verən dramatik hadisələri ekranda canlandırır. Burada 20-ci illərdə dünyada birinci dəniz neft mədəninin salınmasından və Bakı fəhlələrinin göstərdikləri misilsiz qəhrəmanlıqlardan, eyni zamanda Sovet Rusiyasının taleyinin Bakı neftinin hasilatından asılı olduğu tarixi şəraitdən bəhs olunur. Смотреть