Все фильмы
2019 Əlvida, Şmidt! Etnik alman Emil Şmidtin başına gələn maraqlı əhvalatlar bizi gülməyə və
Kədərlənməyə, həyəcanlanmağa və sadəcə həyatın manasını, adi insani dəyərləri,
vǝtənə məhəbbəti və əlbəttə ki, azadlıq haqqında düşünməyə məcbur edir.
'Əlvida, Şmidt!' rəngarəng personajlarla, doğma Azərbaycanın əsrarəngiz təbiəti
Ilə, yeni məcaralarla ve unudulmaz təəssüratlarla dolu olan yerli yol filmidir. Смотреть
2023 Stadionlar səssiz olanda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal edilən filmdə Qurban Qurbanovun XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib. Filmin təqdimatından sonra təcrübəli məşqçi karyerasında böyük rolu olan qardaşı barədə danışıb. O, filmdə də haqqında çox bəhs edilən qardaşı Musa Qurbanovdan danışarkən göz yaşlarını saxlaya bilməyib. Смотреть
2021 Olimpia Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSSRi paytaxtı olan Moskva şəhərində başlamış, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam etdi və uzaq Kubada sona çatmışdır. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov çoxdan peşəkar idmandan uzaqlaşaraq doğma qəsəbəsində sakit bir həyat yaşayır. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi dərsini apaprır, tez-tez radio dinləyir və boş vaxtlarını həmkarları - ən yaxın dostları Valeh və Dadaşla keçirir. Dostlar hər şənbə-bazar günlərini qəsəbədən bir az aralıqda yerləşən gölün sahilində balıq tutaraq, şən zarafatlar edərək, ev çaxırırından içərək həyatlarından həzz alırlar. Lakin hər axşam İlqar evə tək qayıdır, çünki şən olmasına baxmayaraq o tənha bir insandır. Nə ailəsi, nə uşaqı, nə gələcəyə bir baxışı, planları, inamı…Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir. Смотреть