2017 Hoqqa Filmdə dostu Kəramət (Vüsal Murtuzəliyev) ilə birlikdə Qızxanımı (Dilarə Əliyeva) qaçırtmış Eşqinin (Elməddin Cəfərov) başına gələn hadisələrdən bəhs olunur.
Eşqin və Qızxanım Facebook sosial şəbəkəsində tanış olurlar. Qızxanım rayonda yaşayır, atası onu başqasına ərə vermək istədiyinə görə Eşqindən onu qaçırmasını istəyir. Eşqin onu dostunun meyit daşıyan maşını ilə qaçırdır və hadisələr elə bundan sonra başlayır...
2023 Evdə qalmış 1 Əsl sevgini axtaran qəhrəmanların valideynləri onlardan 30 yaşına qədər evlənməyi tələb edir.
Qonşunun, qohum-əqrəbanın 'evdə qalmısan?”, 'a bala nə vaxt tərpənirsən?” kimi suallarından bezən gənclər evlənmək istəməsələr də, hadisələr onları qarşılaşdırır…
2025 Oriondan sevgilərlə Film dağ başında yaşayan çobanın qızının naməlum şəkildə itkin düşməsindən bəhs edir. Çoban 15 il ərzində onun qızını yadplanetlilərin apardığını zənn edib buna inanır. O, bir daxma tikərək oradan yadplanetlilərə siqnal göndərir. Bu yolla yadplanetlilərin onu eşidəcəyinə və qızını geri qaytaracaqlarına ümid edir.