Все фильмы
1971 Axırıncı aşırım Axırıncı aşırım filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film 'Azərbaycanfilm' kinostudiyasında istehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova 'ən yaxşı kişi obrazı'na görə II mükafat, aktyor Həsən Məmmədova 'ən yaxşı kişi rolu'na görə mükafat verilmişdir. Смотреть
1976 Dərviş Parisi partladır Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi müsyö Jordan mülkədar Hətəmxan ağanın qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.
Film Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah Cadiguni-Məşhur” komediyasının motivləri əsasında çəkilib. Смотреть
1967 Dağlarda döyüş Hərbi-vətənpərvərlik filmində sərhədçilərin adi, gündəlik fəaliyyətlərindən, sərhəddə sayıq durmalarından, çətin, lakin şərəfli vəzifələrindən danışılır. Valideyn məhəbbəti ilə vətənə, vəzifə borcuna sədaqətin qarşılıqlı olması, amma vətənin hər şeydən uca tutulması filmin əsas qayəsidir.
Filmdə İkinci Dünya müharibəsində əsir düşənlərin yaralı şəraitdə düşmən əlinə keçməsinə baxmayaraq vətənə qayıtdıqdan sonra repressiya qurbanı olmalarından və onların faciəli aqibətindən də söhbət açılır. Смотреть