1970 Yeddi oğul istərəm Film Sovet inqilabının qələbəsinə inanan və məqsəd naminə canlarından belə keçməyə hazır olan 1920-ci illərin komsomolçuları haqqında romantik hekayətdir.
1974 Bakıda küləklər əsir Film İkinci Dünya müharibəsi illərində Bakı neftinə can atan faşistlərin məkrli niyyətlərinə, düşmən agenturasına, təxribatçılara qarşı çekistlərin apardıqları mübarizəyə həsr olunmuşdur. Beynəlmiləlçilik və xalqlar dostluğu kino əsərinin əsas mövzularındandır.