Все фильмы
2002 Güllələnmə təxirə salınır! Həyat onları özgə cür yaşamağa və tanımağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər...
1941-1945-ci illər müharibəsindən sonra bir qrup gənc 'varlıların' əllərindən artıq mal-dövlətlərini alıb kasıblara paylayır. Eyni zamanda onlar qadın və gəlinlərin, xüsusilə ərləri cəbhəyə getmiş ana və bacıların namusunu qoruyurlar...
Hüquqi baxımdan bu cavanlara 'oğru' damğası vurulsa da, camaatın əksəriyyəti onların bu hərəkətinə haqq qazandırır... Filmdə həmin gənclərin cinayət tərkibli xeyirxah əməllərindən söhbət açılır. Смотреть
2014 Küçələrə su səpmişəm Xəlil heç bir günahı olmadan əmisioğlu Bəhmənin yerinə uzun illər həbsdə yatır. Bu illər ərzində isə Bəhmən ali təhsilini başa vuraraq həkim olub. Xəlil həbsxanadan azad olunduqdan sonra doğma kəndində sadə bir həyat tərzi keçirir. Bəhmən uzun illər sonra təsadüfən kəndə gəlir və iki əmioğlu yenidən rastlaşır. Xəlil hər şeyi bir anlıq unudaraq Bəhməni çox yaxşı qarşılayır, hətta evinə qonaq gətirir. Lakin o Bəhmənin ova getmək istəyini biləndə bir anlıq hər şeyi xatırlayır və anlayır ki, ov tüfəngi ilə adam öldürən əmisi oğlu Bəhmənə bütün bunlar dərs olmayıb.
Filmin çəkilişləri Qəbələnin Turyançay qoruğunda və Savalan kəndində, Abşeronun Xırdalan qəsəbəsində, Sulutəpədə, Masazırda, Bakıda, Qubada, Umbakı qəsəbə qəbiristanlığındakı Sofi Həmid pirində və pavilyonda aparılıb.
Film İsi Məlikzadənin “Küçələrə su səpmişəm” əsərinin motivləri əsasında çəkilib. Смотреть
1987 Kişi sözü Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur.
Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir... Смотреть