Все фильмы
2016 40-ci paraleldə 40-cı paraleldə kinoalmanaxı 4 qısametrajlı bədii filmdən ibarətdir: “Postskriptum”, “Onun atası”, “Hədiyyə” və “Qara bağ”. Kinoalmanax 2016-cı ildə 'Azərbaycanfilm' kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat, Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza, İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı, Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov ifa edirlər.
Postskriptum- Film “Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edir. Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.
Onun atası - Psixoloji dram janrında lentə alınan “Onun atası” filmi, Qarabağ müharibəsinin cəmiyyətə vurduğu fəsadlardan bəhs edir. Ailə başçısı olan jurnalist vətənini ailəsi qədər üstün tutaraq müharibədə iştirak etməyə qərar verir. Filmin əsas süjeti ilə bağlı olan, döyüşlər zamanı itkin düşən jurnalistin axtarışları zamanı ailəsinin və yaxınlarının keçirdiyi həyəcan və müharibənin cəmiyyətə mənfi təsiri də təsvir edilir.
Hədiyyə - Yenicə ailə qurmuş iki gəncin sosial problemi fonunda sevgi hekayəti təsvir olunur. Maddi çətinliyi olan ailənin kirayə pulunu ödəməyə, yeni ilə təsadüf edən evliliklərinin ildönümünə hədiyyə almağa imkanları yoxdur. Gənc qadın saçını kəsib, ərinin sevimli qızıl saatına qolbaq, kişi isə saatı satıb sancaq alır.
Qara bağ - “Qara bağ” dilək ağacına bağlanan “qara düyünlər” mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir.
Qarabağdan olan yaşlı qaçqın (Vidadi Əliyev) itirilən torpağın xiffətini çəkir. Həkim övladlarına onun xərçəng olduğunu, ömrünə az qaldığını deyir. Oğul atasının ömrünü uzatmaq üçün telekanallardan birində Qarabağın sülh yolu ilə alınması haqda xəbər verdirir. Amma sevindirici xəbər həyəcanlanan qocanın ölümün tezləşdirir. Rejissor metaforlardan yararlanıb, dilək ağacına bağlanan qara parçalardan ibarət düyünlər problemi ifadə edir, finalda düyünləri bağlandığı ağacın tumurcuqlanmasıyla tragizm nikbinlyə köklənir. Смотреть
2016 İçəri şəhər Hadisələr müasir Bakıda baş verir. Arzu gənc qızdır, o məktəbi bitirmək üzrədir və Tibb universitetinə daxil olmağa hazırlaşır. Peşə seçimində o qədər də azad deyil. Onun anası Səbinə qızının həyatını istədiyi kimi qurmaq istəyir.
Səbinə yaxşı cərrahdır və qızının gələcəyini yalnız tibb aləminə bağlı görür. Səbinə həmçinin, imkanlı rəfiqələrinin oğulları arasında qızı üçün evlənə biləcəyi oğlan axtarışındadır. Bu barədə qızının nə düşündüyü onu maraqlandırmır.
Arzu bu mənfəətpərəst mühitə müqavimət göstərir. O, həm də musiqi dərslərinə gedir. Bu dərslər zamanı, müəlliməsi Nərgiz xanımın oğlu Rafael ilə tanış olur. Öncə Rafael Arzunun qəlbində qarışıq hisslər oyadır, amma sonradan Arzu onu sevdiyini anlayır. Rafael və Arzu arasında yaş fərqi böyükdür. Rafael çətin həyat yaşayıb, müharibədə yaralanıb, kontuziyadan sonra uzun müddət xəstəxanada müalicə alıb. Onlar arasında müsiqiyə olan sevgidən başqa heç bir şey yoxdur. Amma, bu yetərlidir ki, aralarında sevgi yaransın.
Vəziyyətin gərginləşməsinə səbəb həm də odur ki, Arzuya varlı ailədən olan, yaxınlarda Londondan qayıdan Əli də vurulub. Səbinə və Rəna rəfiqədirlər, onlar uşaqlıqdan bir-birini tanıyırlar və düşünürlər ki, uşaqlarının xoşbəxtliyi onların əlindədir.
Arzunun seçimi nə olacaq? O, ya anasının dediklərini edib, maddi stabillik əldə edəcək, ya da Rafaellə qalıb çətin həyat sürəcək. Amma musiqinin cazibəsi keçsə, ahəng isə adi həyatın səs-küyündə batsa, o zaman nə baş verəcək?... Смотреть
2024 Doğma torpaq 1992-ci il. Müstəqil Azərbaycan Qarabağda separatçılara qarşı mübarizə aparır. Jurnalist Miranda Qafqaz bəbiri haqqında sənədli film çəkmək üçün Londondan Azərbaycana gəlir. Tale onu kəşfiyyatçı Emillə bir araya gətirir. Onlar birlikdə çətin sınaqlardan keçirlər, bu sınaqlar zamanı Miranda Qafqaz bəbiri və Azərbaycanın müasir tarixinin faciəli səhifələri haqqında çox şey öyrənir. Смотреть
2026 Akinak Filmdə bir neçə yeniyətmə qəhrəman akinak qılıncını əldə etmək üçün təhlükəli və çətin səfərə çıxırlar. Onlar bu səfərdə müxtəlif sınaqla üzləşir, sədaqət, dostluq və cəsarətin əsil mənasını anlayırlar. Filmdə vətənpərvərlik və macəra motivləri vacib yer tutur. Смотреть