2001 Yuxu Film iki sevən gəncin məhəbbətindən bəhs edir. Belə ki, filmdəki hadisələr bizim günlərdə səfalı Abşeron qəsəbələrindən birində, baş qəhrəmanın yuxusu ətrafında cərəyan edir. Əliabbas (İlham Qasımov) sevgilisinə qovuşmaq üçün nə dedi-qodulardan,nə də hədələrdən qorxur. O öz xoşbəxtliyi uğrunda mübarizə aparır… Və nəticədə istədiyinə nail olur.
2015 Oğlan evi 1 Film komediya janrındadır. Filmdə baş verən hadisələr 3 nəfər şəxsə aldadılaraq bir evin satılmasından bəhs edilir. Filmin qəhrəmanları onları aldadadaraq pullarını mənimsəyən şəxsi tapıb, onlardan pulu necə geri alacağına çarə axtarırlar.
“Sovetski”də evi sökülmüş Alik və evlənməyə hazırlaşan Raminin başına məhz bu hadisə gəlib. Onları amansızcasına aldadan Valid Hüseynov isə oğlunun toyuna hazırlaşır. Qəhrəmanlar bunu öyrənəndən sonra pullarını qaytarmağın ən qeyri-adi yolunu seçirlər...
2016 Oğlan evi 2 Cənubi Azərbaycanlı Pərvaz Müstəvi Bakıda toy təşkili ilə məşğul olmaq qərarına gəlir. Atasından yadigar qalan bahalı raritet maşını, kirayə vermək üçün İrandan Bakıya gətirəndə, onu yarıyolda oğurlayırlar. Maşını itirdikdən sonra, müflis olacaqları təhlükəsilə üzləşən Pərvaz və şəriki Yavər ölkənin ən amansız avtomobil fırıldaqçıları ilə tanış olurlar.