Все фильмы
1970 Yeddi oğul istərəm Film Sovet inqilabının qələbəsinə inanan və məqsəd naminə canlarından belə keçməyə hazır olan 1920-ci illərin komsomolçuları haqqında romantik hekayətdir. Смотреть
1970 Sevil Kino əsərinin mərkəzində cəhalətə qarşı üsyan edən, həyatda öz yerini axtarıb tapmağa çalışan Azərbaycan qadınının taleyi durur. Sevilin (Valentina Aslanova) taleyi Azərbaycan qadınlarının taleyi kimi verilir. Смотреть
1983 Park Adi günlərin birində neftçilərin briqadiri Marat (Fəxrəddin Manafov) sahədə olarkən dostu (Mikayıl Kərimov) onun yanına gəlir. Marat onu uşaqlıqdan tanıyırdı. O, xudbin, özünü sevən bir adam idi. Hətta Maratın sevdiyi qızı (Qalina Belyayeva) əlindən alıb onunla evlənmişdir. İndi də buraya elə-belə gəlməmişdi. Dost dissertasiya müdafiə etmək üçün mütləq mədəndə təcrübə işləri aparmalı idi. Guya bu təcrübə neft hasilatını qat-qat artıracaqdır. Lakin təcrübə keçirilən müddətdə cari planı təhlükə altına qoyacaqdı. Dostun vaxtilə ona etdiyi xəyanətə baxmayaraq, Marat təcrübəni keçirməyə icazə verir...
Film sosial və mənəvi problemlərə toxunmaqla yanaşı, gənclərin dünyagörüşündən, onların həyat mövqeyindən danışır. Burada həyata baxışlar, işlər, məhəbbət, dostluq, xarakterlər toqquşur, qorxaqlıqla cəsarət, yalanla həqiqət bir-biri ilə mübarizə aparır. Gənc fəhlə ümumi vacib işin naminə şəxsi maraqdan yüksəkdə durur. Смотреть
1982 Nizami Film-pritça dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuşdur.
Filmdə şairin obrazı, o uzaq illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapmışdır. Bu film insanın tarixdə rolu, onun adamlar qarşısında borcu haqqında düşüncələrdir. Nizaminin mənəvi idealı ilə reallıq arasında uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməmişdir. Смотреть
1971 Axırıncı aşırım Axırıncı aşırım filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film 'Azərbaycanfilm' kinostudiyasında istehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova 'ən yaxşı kişi obrazı'na görə II mükafat, aktyor Həsən Məmmədova 'ən yaxşı kişi rolu'na görə mükafat verilmişdir. Смотреть
1979 Babək Film Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunmuşdur. Burada qəhrəmanın həyat yolu və fəaliyyəti öz əksini tapmışdır. Смотреть
1979 İstintaq Ölkədəki ictimai məsələləri cəsarətlə qaldıran film vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi-etik problemlərə toxunmuşdur.
Filmin mövzusu 60-cı illərdə Azərbaycanda baş vermiş hadisələr ətrafında cərəyan edir. Qeyd etmək lazımdır ki, o dövr üçün Sovetlər Birliyinin tərkibində olan sovet ölkəsində mafiyanın varlığından bəhs etmək böyük risk idi. Bu baxımdan filmin müəllifləri ilk dəfə olaraq cəsarətli addım atmağa nail ola bildilər. Ancaq bu heç də asan başa gəlmədi, çünki söhbət bir ölkədə fəaliyyət göstərən mafiyadan gedirdi. Mafiyada fəaliyyət göstərən cinayətkarlar isə daim xüsusi orqanlar tərəfindən dəstəklənir. Əvvəllər güləş üzrə məşhur idmançı olan Murad Əbiyev (Həsən Məmmədov) gözlənilmədən qalantereya sexinin rəisi təyin edilir. Günlərin birində o, qeyri-qanuni mal istehsal edib satdığına görə (milyon manat məbləğində) həbs olunur. Müstəntiq Seyfi Qəniyev(Aleksandr Kalyagin) isə vicdanlı, güzəştə getməyən, büllur kimi təmiz adamdır. Muradla bağlı işi apararkən o belə nəticəyə gəlir: 'Əbiyev əsas cinayətkar deyil, o, pərdə rolunu oynayır, bu pərdənin arxasında isə əsl cinayətkar işbazlar durur. Onları üzə çıxarıb ifşa etmək lazımdır…' Смотреть
1991 Girişmə, öldürər! Filmin qəhrəmanları-dörd nəfər dost istirahət etmək məqsədilə 'Azərbaycan' gəmisində dəniz səyahətinə çıxır. Onlar gəmidə bir guşəyə çəkilib 'Şimşimə' kart oyununa başlayırlar. Amma oyunu başa vura bilmirlər. Çünki dostlar macəralarla dolu ağlasığmaz hadisələrin iştirakçısına çevrilirlər. Bu hadisələr filmin əsas süjet xəttini təşkil edir. Смотреть
1985 Qanlı zəmi XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər də əri ilə birgə həmin dəstədə vuruşurdu. Смотреть
1985 Qanlı zəmi XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər də əri ilə birgə həmin dəstədə vuruşurdu. Смотреть
1990 Gecə qatarında qətl Burada Əfqanıstanda hərbi xidməti başa vurandan sonra evə qayıdıb cinayətkar qrupa-mafioz Nağıyevin (Həsənağa Turabov) quldur dəstəsinə qoşulan gəncin acı taleyindən danışılır.
Başısoyuqluq və yelbeyinlik, inadcıl və sərbəst xarakteri Rüstəmi (Fəxrəddin Manafov) məhkəməyə gətirib çıxarır. Demək olar ki, günahsız Rüstəm düşərgədə dörd il keçirir. Nağıyev isə aybaay onun maaşını anasına (Elmira Şabanova) çatdırır. Həbsxanadan azad ediləndən sonra o, yenidən Nağıyevin yanına qayıdır... Nəhayət Rüstəm birdən ayılır. Lakin artıq çox gecdir. O, məhvə məhkumdur... Смотреть
1985 Bəyin oğurlanması Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır. Смотреть