Все фильмы
2025 Pozğun Narkotik maddə aludəçisi Ədiş təsadüfən bir Telegram kanalında rast gəldiyi şəkildən dəhşətə gəlir. Qadının üzü görünməsə də, alt paltarı və hamam pərdəsi ona çox tanış gəlir. O, başını qaldıranda həmin əşyaların öz evində olduğunu görür…
Şübhə, qəzəb və psixotrop maddənin təsiri altında Ədişin ağlı dumanlanır. Qardaşının da müdaxiləsi ilə “kişi”liyini sübut etməyə çalışan Ədiş geri dönüşü olmayan bir səhvə yol verir…
Ancaq səhər açıldıqda həqiqət ortaya çıxır – bəs görüb inandıqları, həqiqətən, gerçək idimi? Смотреть
2017 Yoxdu belə söhbət Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qraffiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar. Смотреть
2018 Fəlakət Fəlakətin ailəsi, uşaqlığı, yaşadığı məhəllə və şəxsi həyatı işıqlandırılmışdır ki, bu da onu daha yaxından və başqa tərəfdən tanıdacaq. Problem bir biznesmenin Fəlakətin yaşadığı məhəlləni sökmək qərarından sonra başlayır. Qəhrəmanımız irəli atılaraq bu problemi aradan qaldırmaq və zalım biznesmeni cəzalandırmaq qərarına gəlir. Amma o, Fəlakətdir axı– qeyri adekvat olması onun bütün planlarını alt-üst edir və problem daha da ağırlaşır. Fəlakət bu vəziyyətdən çıxış yolu tapacaqmı? Смотреть