Все фильмы
1991 Qəzəlxan Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yadigarı-qəzəlxan, lirik şair Əliağa Vahidə həsr olunmuşdur.
Burada vahid bir süjet xətti yoxdur. Buna baxmayaraq şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Müəlliflər Vahidi əhatə edən adamların da adlarını dəqiq göstərmirlər. Onlar ustad şairin çətin keçən həyat yolunun ayrı-ayrı məqamlarını lentə almaqla onun ümumiləşdirilmiş bədii obrazını yaratmağa çalışmışlar. Смотреть
1991 Şirbalanın məhəbbəti Burada filmin qəhrəmanı Şirbalanın (Hacıbaba Bağırov) məzəli və əyləncəli məhəbbət sərgüzəştlərindən danışılır. Смотреть
2023 Evdə qalmış 1 Əsl sevgini axtaran qəhrəmanların valideynləri onlardan 30 yaşına qədər evlənməyi tələb edir.
Qonşunun, qohum-əqrəbanın 'evdə qalmısan?”, 'a bala nə vaxt tərpənirsən?” kimi suallarından bezən gənclər evlənmək istəməsələr də, hadisələr onları qarşılaşdırır… Смотреть
2024 Xəyanətə Yox Toy günündə hamı ekranlarda bəylə gəlinin “Love Story” ni gözlədiyi vaxt, bəyin xəyanət videosuna baxmalı olurlar. Aləm bir – birinə dəyir, toy dağılır. Təbii ki, bu xəyanət bağışlanmır. Xəyanət olunan baş qəhrəmanlar bir araya gəlib “Bizə xox gəlməyin! Xəyanət görmüsünüzsə XOX-a gəlin!” sloqanı ilə intiqam almağa başlayırlar. Qadınların intiqamı və gücü izləyiciləri çox təəccübləndirəcək. Xəyanət edənlərin cəzası isə güldürəcək. Смотреть
2022 Kişi Ol Bəzən ailələrdə qadınların oxumağına icazə vermirlər. Bu təhsilsizlik nə ilə nəticələnir? Bəzən gənc qızlar “kişi” adını daşıyan kişi qırıqları tərəfindən aldadılır. Monitor arxasında “şir”ə dönən insanlar az deyil. Məhlədə dost qardaş dediyi insanların yoldaşlarına, əzizlərinə pis gözlə baxan “kişilər” var. Ərlərinin xəyanətinə övladına görə dözən analar da var. Dünya film praktikasında olduğu kimi, “Kişi Ol” filmi bir neçə mövzunu bir xarakter ətrafında birləşdirir. Bu xarakter isə yazıları ilə Mətbuat Şurasının və həmkarlarının hörmətini qazanmış Jurnalist Mübarizdir. Bir biznesmen tərəfindən təhdid olunan Mübariz bir məqaləni yazmamalıdır, yazarsa da ailəsini itirməlidir. Mübariz bu vəziyyətdən necə çıxacaq? Zövqlü və zövqsüz jurnalistlərin həyatından, sosial şəbəkələrdə əziyyət çəkən məşhurlardan, sənətkarlarla sənəti olmayanlardan bəhs edən, populyar və sevimli olmağın, qışqırmaqla oxumağın, mədəniyyət və mədəniyyətsizliyin fərqini ortaya qoyan filmdir. Смотреть
1982 Nizami Film-pritça dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuşdur.
Filmdə şairin obrazı, o uzaq illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapmışdır. Bu film insanın tarixdə rolu, onun adamlar qarşısında borcu haqqında düşüncələrdir. Nizaminin mənəvi idealı ilə reallıq arasında uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməmişdir. Смотреть
1981 Yol əhvalatı Şən və xeyirxah sürücü, gənc Mustafa (Vaxtanq Pançulidze) gözəl Zümrüdlə (Həmidə Ömərova) evlənmək arzusundadır. Ancaq oğlan qızın atasının, daha doğrusu, 'işbaz', alverçi Qurbanın (Səyavuş Aslan) heç ürəyincə deyil. Bu uğursuz nişanlının öz sevgilisinə qovuşması üçün çalışması onu çətin vəziyyətlərə salır, amma o, inadından dönmür, nəhayət qalib çıxır. Zümrüd məhz ona ərə gedir.
Film iki sevən gəncin məhəbbəti fonunda əliəyrilərin ifşası ilə sona yetir. Смотреть
1981 Babamızın babasının babası Film Ramiz Rövşənin ssenari müəllifi kimi diplom işi idi. Kino mütəxəssisi Aydın Kazımzadənin sözlərinə görə, bu film Azərbaycan kinosu tarixində mühüm yer tutur, hansı ki, Azərbaycan SSR xalq artisti Hüseynağa Sadıqovun son film idi. Filmdən bir kadrda Azərbaycan Sovet Ensiklopediyasında Sadıqov haqqında bir məqalə təsvir edilmişdir.
Filmin çəkilişləri Şəki şəhərinin yaxınlığında iki-üç ay ərzində aparılmışdır. Filmin premyerası 1982-ci ildə Kürdəmirdəki Yay Kinoteatrında baş tutmuşdur. Premyerada çəkiliş qrupunun üzvləri, eyni zamanda filmdəki işlərdən və bir neçə maraqlı hekayədən bəhs edən aparıcı aktyor Hüseynağa Sadıqov çıxış etmişdir.
Film 2017-ci ildə Azərbaycan Dövlət Film Fondunun əməkdaşları, əməkdar mədəniyyət işçiləri Rafael İmanov və Xuraman Pişiyari tərəfindən rəqəmsallaşdırılmışdır. Смотреть
1998 Otel otağı Alim Kərim Əsgəroğlu Ankaraya elmi konfransa gəlir. Eyni zamanda o, Türkiyədə ali məktəblərdən birində dərs demək niyyətini həyata keçirmək üçün İstanbula gedir. Kərim çətin dövrlərdə, ağır vəziyyətlərdə, mürəkkəb şəraitdə öz ziyalı ləyaqətini, mənliyini, təmizliyini qoruyub saxlayan və bunun acısını yaşayan bir insandır. İçində daima daşıdığı Qarabağ dərdi, Şuşa həsrəti və Xocalı faciəsinin acı xatirələri Kərimin, sözün hərfi və məcazi mənasında, ürək ağrılarının əsas səbəbidir. Bu nisgillərə ailə qayğıları, İstanbulda işləyəcəyi haqqında ona verilən vədlərin yalan çıxması və irili-xırdalı başqa mənfi emosiyalar da əlavə olunaraq Kərimin ömrünü qısaldır.
Film Anar Rzayevin “Sıraselvilərdə bir otel otağı” povestinin motivləri əsasında çəkilib. Смотреть
2009 Ağ-Qara Gecələr Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır.
Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir. Gözlənilməz ölüm bu planı alt-üst edir. Смотреть