2017 Üçüncü Günün Adamı İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
2017 İkinci Pərdə Süjetin əsasını xəyanət motivi təşkil eləyir. Dostun, arvadın, ərin xəyanəti… Bu xəyanət motivləri Arifin (Qorqud Cəfərli) ona təmənnasız yardım edən dostu Timanın arvadı Samirəylə gizli eşq macərası yaşaması ilə kulminasiyaya çatır.
2017 Xənnas Ad gününü rayonda anasının yanında qeyd edən İlkin günlərlə gördüyü eyni yuxunun təsiri altında qalaraq, anasının qadağalarına məhəl qoymayıb babası və atasının naməlum səbəblərdən yoxa çıxdığı evə getmək istədiyini deyir. Həmin yuxuda İlkinin babası o evdə kimnənsə gizlənməyə çalışıb,onu köməyə çağırır.
İlkinlə bərabər həyat yoldaşı və dörd dostu həmin evə baş çəkirlər. İlk baxışdan köhnə və atılmış məkan təəssüratı bağışlayan ev getdikcə öz qonaqlarını vahiməyə salır. İlkinin gözünə görünən molla ruhları,əcaib məxluqlar bu evdə dəhşətli bir hadisənin baş verməsinə işarə olur. Gecə boyunca dostlar bu evin cinlərin məskəni olduğunu aşkar edir və məlum olur ki,bu cinlər İlkinin babasından başlayaraq nəslindəki bütün kişiləri öldürürmüş. Bunlara səbəb isə babasının sovet vaxtı bir qrup dindar insanları evin zirzəmisində qətlə yetirməsi olub.
Bu lənəti götürməyə çalışan dostlara, paranormal hadisələrlə mane olan qara qüvvələr onların gecəsini kabusa çevirir.Yalnız Allaha sığınmaq onları bu gecədən sağ çıxarda bilər...
2023 Mən burada tək olmuşam İnşaat şirkətində satış meneceri olaraq çalışan Həsən (33) və arvadı Fəridə (30) uzun müddətdir uşaq sahibi ola bilmirlər. Həsən həkim müayinəsindən sonra özünün qısır olduğunu öyrənir. Amma kişiliyinə xələl gəlməsindən çəkinən Həsən bu məlumatı həyat yoldaşından gizlədir. Problemin Sevdada olduğunu düşünən Həsənin anasının israrıyla müalicə üçün bir kənddə yaşayan ara həkiminin yanına gedirlər.