Все фильмы
2009 Psixiatr Cəmil (Pərviz Məmmədrzayev) rayonlardan birində usta çalışır. Bir gün Cəmilin keçmiş tələbə yoldaşı Mehman (Tural Ağayev) onun yaşadığı rayona gəlir. Mehman psixiatrdır və bura ezamiyyətə göndərilir. Cəmilin söhbətindən bəlli olur ki, atasının vəfatından sonra onun əli hər şeydən soyuyur, təhsilini yarımçıq qoyaraq rayona qayıdır, ailə qurur.
Mehman rayona çatanda, gənc bir qızın onun düşdüyü avtobusun dalınca qaçdığını, “Arif, Arif” çağırdığını görür. Sonradan öyrənir ki, Səbinə (Həcər Ağayeva) adlı bu gənc qızın sevgilisi hərbi xidmətə gedib və cəbhə bölgəsində həlak olub. Sevgilisinin ölüm xəbərindən sarsılan Səbinə ağlını itirir, ətrafdakılara reaksiya vermir, öz dünyasında yaşayır və hər gün axşamüstü Bakıdan gələn avtobusları qarşılayaraq Arifin gəlməsini gözləyir. Mehman qərara alır ki, Səbinəni sağaltmağa cəhd göstərsin. Bunun üçün o, eksperimentə əl atır. Öyrənir ki, Səbinə sonuncu dəfə məzuniyyətə gələndə Arifi hərbçi geyimində görüb. Buna görə o, hərbi paltar geyir və Səbinənin gözlədiyi avtobusdan düşəndə qız şok keçirərək huşunu itirir. Səbinə bu şokdan sonra ya sağalacaq ya da əvvəlki kimi qalacaq... Смотреть
2011 Qala Hadisələr təxminən 20-ci əsrin 90-cı illərində baş verir. Filmdə bir qala obrazı var və bu qala bütün hadisələrin şahididir. Dağların arasında ucqar bir kəndin yaxınlığındakı bu qədim qala vaxtilə düşmənlərin hücumuna məruz qalıb. Amma heç vaxt təslim olmayıb.
Kəndə film çəkən qrup gəlir. Burada olan tarixi qala uzun müddət baxımsızlıq ucbatından dağılmış, kənd camaatı onun daşlarını da söküb özləri üçün ev tikmişlər. Ancaq bu insanlar çəkiliş qrupunun bu qalaya göstərdiyi maraq nəticəsində ona münasibətlərini dəyişmişlər. İndi artıq onlar bu qalanı tək abidə kimi yox, həm də xalqın tarixi yaddaşının daşıyıcısı kimi qəbul edirlər.
Düşmənlə sərhəddə yerləşən kənd camaatı hər gün səksəkə içərisindədir. Və bir gün kəndi boşaltmaq lazım gəlir. Çünki düşmən sərhədi keçib, kəndə doğru böyük qüvvə ilə irəliləyir. Hamı kəndi qoyub gedir. Yalnız çəkiliş qrupu üzvlərindən biri kəndi tərk etmək istəmir və həmin qalada qalır. Deyir ki, nə qədər qaçacağıqsa, bizi bir o qədər də qovalayacaqlar. Смотреть