Все фильмы
1993 Fəryad “Ögey ana” filminin baş qəhrəmanı - balaca İsmayıl artıq böyüyüb, ailə sahibi olub. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür. O, əsirlikdə də öz mərdliyini itirmir.
Filmdə təsvir olunan hadisələr real faktlara əsaslanır.
Xocalı faciəsi ilə bağlı kadrlar Goranboyda Murovdağ ətəklərində çəkilib. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılar elə əslində Xocalı sakinləridir. Onlar həmin vaxt Xocalıdan Goranboya gələnlərdir. Смотреть
1981 Yol əhvalatı Şən və xeyirxah sürücü, gənc Mustafa (Vaxtanq Pançulidze) gözəl Zümrüdlə (Həmidə Ömərova) evlənmək arzusundadır. Ancaq oğlan qızın atasının, daha doğrusu, 'işbaz', alverçi Qurbanın (Səyavuş Aslan) heç ürəyincə deyil. Bu uğursuz nişanlının öz sevgilisinə qovuşması üçün çalışması onu çətin vəziyyətlərə salır, amma o, inadından dönmür, nəhayət qalib çıxır. Zümrüd məhz ona ərə gedir.
Film iki sevən gəncin məhəbbəti fonunda əliəyrilərin ifşası ilə sona yetir. Смотреть
1977 Ad günü Lirik-psixoloji film həqiqi dostluq haqqındadır. Filmi 'Dost haqqında söhbət' də adlandırmaq olar. Kinolentin qəhrəmanları bizim müasirlərimizdir: müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlardır. Burada əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir.
Film şəkili müəllim Mustafanın (Hacı İsmayılov) Bakıya ezamiyyət səfəri ilə başlayır. Qohumu Nazimin (Fuad Poladov) evində qonaq qalan Mustafa poçt şöbəsində xoşagəlməz təsadüf nəticəsində Fəridə (Şəfiqə Məmmədova) ilə tanış olur. Mustafa Fəridəyə ona Bakını göstərməyi təklif edir. Digər tərəfdən kadrda Əlinin ailəsi görünür. Əli (David Uplisaşvili) oğluna ad günü etmək və uşaqlıq dostlarını bir araya yığmaq qərarına gəlir. Qapı-qapı gəzib dostlarını dəvət etdikdən sonra Əli ad günü tədbirinə ciddi cəhdlə hazırlaşır. Fəridə ilə Bakını gəzən Mustafa isə Fəridəni evinə yola salarkən güclü yağış yağır və Fəridə onu yağış kəsənəcən evinə qonaq dəvət edir. Əlinin isə tədbiri baş tutmuşdur, qonaqlar bir yerə yığışmış, deyib-gülüb əylənirlər. Fəridə yağışın kəsmədiyini görcək Mustafaya onun evində qalmağı təklif edir və ona mətbəxdə yataq qurur. Əli isə həyəcan və yorğunluqdan tədbirin yarısında yatır. Dostlar isə öz kefindədirlər. Gecənin yarısında yağış kəsir və Fəridə Mustafaya öz evinə getməsini məsləhət bilir. Nəticədə Mustafa gecə vaxtı tanımadığı Bakının küçələrində qalır. Əli oyanır, görür ki, tədbir bitib və hamı dağılışıb. Kor-peşman eyvana çıxır və yoldan keçən Mustafanı görür; tez onun dalınca qaçıb evinə qonaq dəvət edir. Və onlar əsl ad gününü qeyd edirlər...
Bu filmdə insan tədqiq və təsvir olunur, onun məişəti və yaşayışı, gündəlik həyatı ekranda canlandırılır. Смотреть
1995 Həm ziyarət, həm ticarət 'Ad günü'ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir.
Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: 'Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur'. Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. Смотреть
2021 Olimpia Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSSRi paytaxtı olan Moskva şəhərində başlamış, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam etdi və uzaq Kubada sona çatmışdır. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov çoxdan peşəkar idmandan uzaqlaşaraq doğma qəsəbəsində sakit bir həyat yaşayır. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi dərsini apaprır, tez-tez radio dinləyir və boş vaxtlarını həmkarları - ən yaxın dostları Valeh və Dadaşla keçirir. Dostlar hər şənbə-bazar günlərini qəsəbədən bir az aralıqda yerləşən gölün sahilində balıq tutaraq, şən zarafatlar edərək, ev çaxırırından içərək həyatlarından həzz alırlar. Lakin hər axşam İlqar evə tək qayıdır, çünki şən olmasına baxmayaraq o tənha bir insandır. Nə ailəsi, nə uşaqı, nə gələcəyə bir baxışı, planları, inamı…Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir. Смотреть
1985 Bəyin oğurlanması Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır. Смотреть