Все фильмы
2016 Qayıdış Üstünə şər atılaraq Cavad adlı biri polislər tərəfindən tutulur. Onun Həcər adlı sevgilisi var. Onlar xoşbəxtdirlər. Cavad türməyə getdikdək sonra Həcər ondan hamilə qalır. Cavad yalandan 'ölmüşəm' deyə hamını aldadır. 9 il sonra geri qayıdır. Dostunun evinə gəlir. Dostu onu görür təəccüblənir. Həcər artıq evlidir. Uşağı var, amma bu uşaq Cavadındır. Hamı elə bilir ki, uşaq evləndiyi kişinindir. Uşağı qaçırırlar. Cavad uşağı qaçırdanları öldürür və uşağı anasına vermək qərarına gəlir. Həcərin əri isə ona evləndikləri gün ona toxunmadığını deyir. Cavad öz oğlunu qucaqlayır. Həcərin əri Həcərə zəng eliyir və Cavadın ölmədiyini demək istəyir. Ancaq telefon maşında qalır. Həcər Cavadı vurur.... Filmin sonu izləyçilər üçün gözlənilməz olacaq. Смотреть
2017 Yoxdu belə söhbət Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qraffiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar. Смотреть
2012 Sübhün səfiri Film Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində silinməz izlər qoyan, Azərbaycan dramaturgiyasının banisi, böyük ictimai xadim Mirzə Fətəli Axundzadənin həyatı və çoxşaxəli irsindən bəhs edir. Filmdə dramaturqun həyatının 3 dövrü — uşaqlıq, gənclik və qocalığı canlandırılır.
Film Mirzə Fətəli Axundovun 200 illiyinə həsr olunub.
Filmin çəkilişləri Türkiyə, Gürcüstan, Şəki, Bakı, Gəncə və Goranboyda aparılıb Смотреть
2005 Xəzər gəlini Tənha oğlan işlək əşyalar tapmaq üçün zibilliyə yollanır. O, zibil qalağının altından maneken tapır. O, manekeni aparıb yuyub-təmizləyir, geyindirir. Özü də təmizlənir, üzünü qırxır. Manekeni də götürüb velosipedi ilə neft buruqlarının arasında gəzir. Amma bədbəxtlikdən o, manekeni neftlə dolu gölməçəyə salır. Bu hekayə kədərli sonluqla bitə bilərdi. Amma bu anda o, əsl məhəbbətini tapır. Смотреть