Все фильмы
1959 Bir qalanın sirri Filmdə əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı xalqın mübarizəsindən danışılır. Alim-həkim Eldostu, onun sədaqətli və sevimli şagirdi Mətanət, igid və cəsur gənc usta Elşən, Kamran baba bu mübarizənin önündə gedirlər.
Filmdə göstərilir ki, xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama xoşbəxtlik bəxş edir.
Filmin çəkilişləri Mingəçevir yaxınlığındakı Bozdağın ətəklərində, İsmayıllı, Kəlbəcər, Mərdəkan, Sankt-Peterburq və pavilyonda aparılıb.
Film Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesinin motivləri əsasında çəkilib. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir. Смотреть
1961 Leyli və Məcnun Film-dastan iki sevən gəncin ülvi məhəbbəti, onların faciəli taleyi haqqında, bütün Şərq poeziyasında yüz illərlə yaşayan, qədim rəvayət barədə zəmanəmizin poetik hekayətidir. Смотреть