Все фильмы
2017 Hoqqa Filmdə dostu Kəramət (Vüsal Murtuzəliyev) ilə birlikdə Qızxanımı (Dilarə Əliyeva) qaçırtmış Eşqinin (Elməddin Cəfərov) başına gələn hadisələrdən bəhs olunur.
Eşqin və Qızxanım Facebook sosial şəbəkəsində tanış olurlar. Qızxanım rayonda yaşayır, atası onu başqasına ərə vermək istədiyinə görə Eşqindən onu qaçırmasını istəyir. Eşqin onu dostunun meyit daşıyan maşını ilə qaçırdır və hadisələr elə bundan sonra başlayır... Смотреть
2022 Zona Filmin baş qəhrəmanı sadəlövhlüyü ucbatından şəhərdə qeyri-rəsmi fəaliyyət göstərən kollektor şirkətində işə düzəlir. Onun vəzifəsi banklara və ya fiziki şəxslərə borcu olanlardan həmin borcu almaqdır. İşini uğurla görən qəhrəmanın borcalanlarından biri ölü tapılır və bütün dəlillər ona qarşı olduğuna görə qəhrəman həbs olunur. Filmin əsas hissəsi Quantanamo, Alkatras həbsxanasını xatırladan bir yerdə cərəyan edir. Baş qəhrəman özünün günahsızlığını sübut etmək üçün həbsxanadan qaçış planı düşünür. Amma bu həbsxanadan qaçmaq mümkün deyil. Смотреть
2022 Kişi Ol Bəzən ailələrdə qadınların oxumağına icazə vermirlər. Bu təhsilsizlik nə ilə nəticələnir? Bəzən gənc qızlar “kişi” adını daşıyan kişi qırıqları tərəfindən aldadılır. Monitor arxasında “şir”ə dönən insanlar az deyil. Məhlədə dost qardaş dediyi insanların yoldaşlarına, əzizlərinə pis gözlə baxan “kişilər” var. Ərlərinin xəyanətinə övladına görə dözən analar da var. Dünya film praktikasında olduğu kimi, “Kişi Ol” filmi bir neçə mövzunu bir xarakter ətrafında birləşdirir. Bu xarakter isə yazıları ilə Mətbuat Şurasının və həmkarlarının hörmətini qazanmış Jurnalist Mübarizdir. Bir biznesmen tərəfindən təhdid olunan Mübariz bir məqaləni yazmamalıdır, yazarsa da ailəsini itirməlidir. Mübariz bu vəziyyətdən necə çıxacaq? Zövqlü və zövqsüz jurnalistlərin həyatından, sosial şəbəkələrdə əziyyət çəkən məşhurlardan, sənətkarlarla sənəti olmayanlardan bəhs edən, populyar və sevimli olmağın, qışqırmaqla oxumağın, mədəniyyət və mədəniyyətsizliyin fərqini ortaya qoyan filmdir. Смотреть