2023 Evdə qalmış 1 Əsl sevgini axtaran qəhrəmanların valideynləri onlardan 30 yaşına qədər evlənməyi tələb edir.
Qonşunun, qohum-əqrəbanın 'evdə qalmısan?”, 'a bala nə vaxt tərpənirsən?” kimi suallarından bezən gənclər evlənmək istəməsələr də, hadisələr onları qarşılaşdırır…
2024 Şor biznes Şor satmaqla halal çörəyini qazanan, kənddə öz həyatı olan Qasım gündəmdə qalmaq üçün çalışan, şou biznesin reytinqli müğənnisi Rəna ilə təsadüfən qarşılaşır. Qasım şor satdığı üçün hər dəfə yoldaşı tərəfindən təhqirə məruz qalır. “TikTok”dakı videoları görüb bahalı həyat arzulayan yoldaşı şou biznesdən olan bir nəfərə qoşulub şəhərə qaçır. Konsert üçün kəndə gələn Rəna isə Qasımın başına gələnləri bilir və Qasıma bir təklif edir. Qəhrəmanları birləşdirən oyun həyatlarında çox şeyi dəyişir. Asan saydıqları oyun onları çətin vəziyyətə salır.