Все фильмы
2012 Dolu Dolu — tammetrajlı bədii müharibə filmi rejissor Elxan Cəfərov tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir. Film Qarabağ müharibəsi mövzusunda Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmişdir. Film 'Azərbaycanfilm' kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı, Fərhad İsrafilov, Rövşən Ağayev, Cavanşir Hadıyev, Şahmar Qəribli, Vüqar Vəlixanov, Vüsal Murtuzəliyev ifa edirlər. Смотреть
2010 Əlavə təsir Sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycanın elmi-tədqiqat institutlarından birində kimyaçı alim yeni məhlul əldə edir. Alim bu kimyəvi məhlulun müsbət və mənfi nəticələrini araşdırır. Onun köməyi ilə insanın yaddaşının müəyyən bir hissəsini silib, ondan neqativ işlərdə də istifadə etmək olar. Eyni zamanda, bu yolla insanları narkomaniya və alkoqolizmdən də uzaqlaşdırmaq mümkündür. Lakin nəticələr heç də gözlənildiyi kimi olmur. Смотреть
2015 Yarımçıq xatirələr Film 1941-ci ildə Brest qalasında döyüşən və 50 il sonra Qarabağ müharibəsində yenidən əlinə silah alan əsgərdən bəhs edir. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin baxışını əks etdirir.
Çəkilişlər Bakı, Brest, Minsk və Vileyka qəsəbəsində (Belarus) aparılıb.
Film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub. Смотреть
2025 Cənnət yuxusu 'Cənnət yuxusu' filmi Mirzə Qədim İrəvaninin Azərbaycan incəsənətinə verdiyi töhfələri və milli mədəniyyət tarixindəki mühüm rolunu təsvir etməklə yanaşı, qədim Azərbaycan şəhəri İrəvanın tarixi və mədəni irsini, rəssamın sənətinə gətirdiyi yenilikləri, klassik Şərq ornamentlərini, miniatür sənətinə işıq salır. Ekran işində eyni zamanda Azərbaycanın İrəvan bölgəsi ziyalılarının mirasını və soydaşlarımızın Ermənistan ərazisindən deportasiyası da faktlar və arxiv materialları əsasında təqdim olunur. Смотреть
2026 Akinak Filmdə bir neçə yeniyətmə qəhrəman akinak qılıncını əldə etmək üçün təhlükəli və çətin səfərə çıxırlar. Onlar bu səfərdə müxtəlif sınaqla üzləşir, sədaqət, dostluq və cəsarətin əsil mənasını anlayırlar. Filmdə vətənpərvərlik və macəra motivləri vacib yer tutur. Смотреть