2024 Şor biznes Şor satmaqla halal çörəyini qazanan, kənddə öz həyatı olan Qasım gündəmdə qalmaq üçün çalışan, şou biznesin reytinqli müğənnisi Rəna ilə təsadüfən qarşılaşır. Qasım şor satdığı üçün hər dəfə yoldaşı tərəfindən təhqirə məruz qalır. “TikTok”dakı videoları görüb bahalı həyat arzulayan yoldaşı şou biznesdən olan bir nəfərə qoşulub şəhərə qaçır. Konsert üçün kəndə gələn Rəna isə Qasımın başına gələnləri bilir və Qasıma bir təklif edir. Qəhrəmanları birləşdirən oyun həyatlarında çox şeyi dəyişir. Asan saydıqları oyun onları çətin vəziyyətə salır.
2016 Qayıdış Üstünə şər atılaraq Cavad adlı biri polislər tərəfindən tutulur. Onun Həcər adlı sevgilisi var. Onlar xoşbəxtdirlər. Cavad türməyə getdikdək sonra Həcər ondan hamilə qalır. Cavad yalandan 'ölmüşəm' deyə hamını aldadır. 9 il sonra geri qayıdır. Dostunun evinə gəlir. Dostu onu görür təəccüblənir. Həcər artıq evlidir. Uşağı var, amma bu uşaq Cavadındır. Hamı elə bilir ki, uşaq evləndiyi kişinindir. Uşağı qaçırırlar. Cavad uşağı qaçırdanları öldürür və uşağı anasına vermək qərarına gəlir. Həcərin əri isə ona evləndikləri gün ona toxunmadığını deyir. Cavad öz oğlunu qucaqlayır. Həcərin əri Həcərə zəng eliyir və Cavadın ölmədiyini demək istəyir. Ancaq telefon maşında qalır. Həcər Cavadı vurur.... Filmin sonu izləyçilər üçün gözlənilməz olacaq.