Все фильмы
1996 Özgə vaxt Filmin qəhrəmanı Leyla (Ayan Mirqasımova) uzun illər müalicəsi mümkün olmayan xəstə atasına (Ələddin Abbasov) qulluq edir. O özü keçirdiyi iztirablı həyata sevgilisini (Elşən Rüstəmov) cəlb etməmək üçün ondan ayrılır. Heç bir qulluqçu atasının şıltaqlıqlarına dözə bilmir və ona görə Leyla işdən çıxmağa məcbur olur, tədricən yaxın dostlarını da itirir... Leyla özündən asılı olmadan, yavaş-yavaş həyat tərzini dəyişərək 'atasının vaxtı' ilə yaşayır.
İnsan təbiəti dəyişməzdir, şüuru isə dəyişkəndir, nisbidir. Cəmiyyətdən, mühitdən asılı olan şüur mənəviyyat və əxlaqi normaları formalaşdırır. Həyatda çox vaxt insanın mənəvi dəyərləri, təbiətin qoyduğu və daimi olan əsaslarla ziddiyyət təşkil edir. Bu isə harmoniyanın pozulmasına gətirib çıxarır və faciə ilə nəticələnir. Смотреть
2025 Spinozanın Tanrısı Bərq, gənc və istedadlı fotoqrafdır. Öz işləri ilə peşəsində ciddi səviyyələrə gəlib. Gənc oğlanın həyatında hər şey öz axarı ilə getdiyi günlərin birində o, qəribə yuxu görür və həyəcan içində oyanır. Yuxusu ilə bağlı çox güvəndiyi mediator dostu Günaya danışmaq üçün onun ofisinə gedərkən, həmin yuxuda gördüyü qız ilə yenidən qarşılaşır. Sonralar Fəza olduğu aydınlaşan bu qız, müxtəlif yerlərdə Bərqin önünə çıxır, yuxularına girir. Bu yuxular, qarabasmalar oğlanın ruh halına ciddi təsirlər edir. Çevrəsindəkilər, yaxınları ona əllərindən gəldiyi qədər kömək etməyə, Bərqi bu psixoloji burulğandan çıxarmağa çalışırlar. Bir müddət sonra aydın olur ki, o, Fəza ilə həqiqətən illər əvvəl qarşılaşıb və tanışdır. Beləliklə, ikili yenidən əlaqə yaradır, danışırlar və bu münsibət dərin sevgiyə çevirilir. Hadisələrin sonluğu isə tamam başqa nəticələrə və gözlənilməz, dramatik gerçəklərin aydınlaşmasına aparır. Смотреть
2010 İstanbul reysi Film bir çox mənəvi dəyərlərin aşınmaya məruz qaldığı cəmiyyətimzin ayrı-ayrı qütblərində təklənən 2 nəfərdən – kişi və qadından bəhs edir. Onların biri imkanlı, biri imkansız olsa da, öz yalnızlıqlarını bir-biri ilə unutmağa çalışırlar və buna nail olurlar. Ancaq son ana qədər bu bötüvlüyü qoruyub saxlamaq mümkün olmur. Смотреть
2017 Bir zamanlar Şəkidə Rus mafiyozu Yurinin sağ əli olan Nikolay, ona xəyanət edərək əfsanəvi “Şərqin ürəyi” adlı almazın xəritəsini oğurlayır və İstanbula qaçır. Xəritə həm sərvət, həm də təhlükə deməkdir. Yuri dərhal adamlarını Nikolayın ardınca göndərir.
İstanbulun Kuzey meşəsində başlayan qaçdı-tutdu gözlənilməz bir dönüş alır: xəritə təsadüfən üç başıpozuq, amma şanslı türk gəncin — Dərya, Tayfun və Sedatın əlinə keçir. Xəritənin xəzinə xəritəsi olduğunu anlamayan üçlük, məsələni çözmək üçün İstanbulda yaşayan azərbaycanlı bir professorun yanına gedir.
Professorun araşdırması nəticəsində məlum olur ki, dünyaca məşhur “Şərqin ürəyi” almazı Azərbaycanın qədim şəhəri Şəkidə gizlədilib. Üçlük böyük sərvət xəyalı ilə Şəkiyə doğru yola çıxır, amma peşəkar ovçular da onların izindədir.
Bir tərəfdən Yurinin amansız adamları, digər tərəfdən isə fürsəti əldən vermək istəməyən azərbaycanlı mafiyoz Rüstəm öz dəstəsi ilə Şəkiyə gəlir. Şəkinin tarixi küçələri, karvansaraları və dağ yolları qaçışlar, səhvlər, qarışıqlıqlar və gülməli qarşıdurmalarla dolur.
Fərqli mədəniyyətlərdən gələn bu rəngarəng personajlar üçün hər şey bir almaz, bir xəritə və saysız yanlış anlaşılma üzərində cərəyan edir. Komediya ilə aksiyonun iç-içə keçdiyi bu macərada heç kim planladığı kimi davranmır və “Şərqin ürəyi” hamının həyatını dəyişəcək son sürprizi hazırlayır. Смотреть