Все фильмы
2022 Kişi Ol Bəzən ailələrdə qadınların oxumağına icazə vermirlər. Bu təhsilsizlik nə ilə nəticələnir? Bəzən gənc qızlar “kişi” adını daşıyan kişi qırıqları tərəfindən aldadılır. Monitor arxasında “şir”ə dönən insanlar az deyil. Məhlədə dost qardaş dediyi insanların yoldaşlarına, əzizlərinə pis gözlə baxan “kişilər” var. Ərlərinin xəyanətinə övladına görə dözən analar da var. Dünya film praktikasında olduğu kimi, “Kişi Ol” filmi bir neçə mövzunu bir xarakter ətrafında birləşdirir. Bu xarakter isə yazıları ilə Mətbuat Şurasının və həmkarlarının hörmətini qazanmış Jurnalist Mübarizdir. Bir biznesmen tərəfindən təhdid olunan Mübariz bir məqaləni yazmamalıdır, yazarsa da ailəsini itirməlidir. Mübariz bu vəziyyətdən necə çıxacaq? Zövqlü və zövqsüz jurnalistlərin həyatından, sosial şəbəkələrdə əziyyət çəkən məşhurlardan, sənətkarlarla sənəti olmayanlardan bəhs edən, populyar və sevimli olmağın, qışqırmaqla oxumağın, mədəniyyət və mədəniyyətsizliyin fərqini ortaya qoyan filmdir. Смотреть
2017 Dəmir Qazan Dəmir və Qazan dostdurlar. Dəmir universitetdən qovulmuş kimya müəllimidir. Qazan isə qəssabdır və öz kiçik qəssabxanası var. Dəmir mafiya başçısına bahalı maddə söz verir və söz verdiyi vaxta maddəni təhvil verə bilmir. Dəmiri mafiya adamları incidir və buna görə də o dostu Qazandan kömək istəyir. Necəsə işə polis əməkdaşları qarışır. Polisin çantası ilə Dəmirin çantası dəyişik düşür. Dəmir vəziyyətdən çıxmaq istədikcə vəziyyət daha çox pisləşir. Sevda adında polis xanımın köməkliyi ilə dostlar vəziyyətdən çıxırlar. Смотреть

2017 Hozu Film kəndli balası Hətəmin başına gələn əhvalatdan söz açır. Filmin baş qəhrəmanı Hozu ucqar kənddən Bakıya öz əmisioğlunun yanına işləməyə gəlir. Əmisioğlu şirkət müdiridir. Əmisioğlu Ramiz narazı olmasa da həyat yoldaşı Səbinə Hozunun gəlişinə və evində qalmasına etiraz edir. Buna baxmayaraq Hozu gəlir və gəlişi ilə niyə Hozu ləqəbini daşıdığını nümayiş edir. Səbirli olsa da Səbinənin səbri daşır və rəfiqəsi Həlimə (Sevincin) vasitəsilə Hozunu Bakıdan kəndə geri göndərir. Lakin Hozu gedəndən sonra Həlimə (Sevinc) başa düşür ki, Hozunu sevir. Amma artıq gecdi, çünki Hozu kənddə toy edir. Смотреть