2017 Kəklikotu Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satırlar. Sən demə, kisədəki kəklikotu yox, qurudulmuş marixuana imiş. Milyonla ölçülən bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.
2010 Əlavə təsir Sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycanın elmi-tədqiqat institutlarından birində kimyaçı alim yeni məhlul əldə edir. Alim bu kimyəvi məhlulun müsbət və mənfi nəticələrini araşdırır. Onun köməyi ilə insanın yaddaşının müəyyən bir hissəsini silib, ondan neqativ işlərdə də istifadə etmək olar. Eyni zamanda, bu yolla insanları narkomaniya və alkoqolizmdən də uzaqlaşdırmaq mümkündür. Lakin nəticələr heç də gözlənildiyi kimi olmur.