Все фильмы
2011 Buta Film böyük sevgi - insana və Allaha məhəbbət haqqında pritçadır. Baş qəhrəmanlar həyat yolunun lap başlanğıcında olan uşaqlardır. Azyaşlı Butanın bəxti daha çox gətirib - onun müdrik müəllimi var. Maye halında sabun satan qoca. O, hər işdə Butaya kömək edir. Köhnə dəyirmanı bərpa etmək isə onun ən böyük arzusudur. Buta isə dağın başında ancaq quş uçuşu hündürlüyündən görünə bilinəcək buta naxışını qurmaq istəyir. Paxıllıq edən kənd uşaqları ona mane olurlar. Sabun istehsalçısı olan şirkətin nümayəndəsi kəndə məhsullarını reklam etməyə gəlir və yerli qız Qönçəyə vurulur. Qöncə sevgilisinə qovuşmaq üçün toxuduğu - “həyat xalçasını” tezliklə bitirməlidir. Bir neçə xətt paralel sonlanır. Qönçə “həyat xalçasını” bitirir, Buta öz butasını tamamlayır, qoca da köhnə dəyirmanı bərpa edib ... əbədi yuxuya gedir. Смотреть
2014 Küçələrə su səpmişəm Xəlil heç bir günahı olmadan əmisioğlu Bəhmənin yerinə uzun illər həbsdə yatır. Bu illər ərzində isə Bəhmən ali təhsilini başa vuraraq həkim olub. Xəlil həbsxanadan azad olunduqdan sonra doğma kəndində sadə bir həyat tərzi keçirir. Bəhmən uzun illər sonra təsadüfən kəndə gəlir və iki əmioğlu yenidən rastlaşır. Xəlil hər şeyi bir anlıq unudaraq Bəhməni çox yaxşı qarşılayır, hətta evinə qonaq gətirir. Lakin o Bəhmənin ova getmək istəyini biləndə bir anlıq hər şeyi xatırlayır və anlayır ki, ov tüfəngi ilə adam öldürən əmisi oğlu Bəhmənə bütün bunlar dərs olmayıb.
Filmin çəkilişləri Qəbələnin Turyançay qoruğunda və Savalan kəndində, Abşeronun Xırdalan qəsəbəsində, Sulutəpədə, Masazırda, Bakıda, Qubada, Umbakı qəsəbə qəbiristanlığındakı Sofi Həmid pirində və pavilyonda aparılıb.
Film İsi Məlikzadənin “Küçələrə su səpmişəm” əsərinin motivləri əsasında çəkilib. Смотреть