2017 Hoqqa Filmdə dostu Kəramət (Vüsal Murtuzəliyev) ilə birlikdə Qızxanımı (Dilarə Əliyeva) qaçırtmış Eşqinin (Elməddin Cəfərov) başına gələn hadisələrdən bəhs olunur.
Eşqin və Qızxanım Facebook sosial şəbəkəsində tanış olurlar. Qızxanım rayonda yaşayır, atası onu başqasına ərə vermək istədiyinə görə Eşqindən onu qaçırmasını istəyir. Eşqin onu dostunun meyit daşıyan maşını ilə qaçırdır və hadisələr elə bundan sonra başlayır...
2014 Xoxan 'Xoxan' filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir. Milli mifologiyada 'xoxan' sözü 'xortdan' sözünün qısaldılmış forması kimi başa düşülür. Bu bəladan qurtarmaq üçün qadın yaşadıqları villanı satmaq qərarına gəlir. Amma cin bu işin alınmasına mane olur. Villanın satışıyla məşğul olan evsatan (rieltor), cinin qızın bədənindən qovulmasını yüz min manat pul mükafatı qarşılığında iki məşhur baxıcı - avantürist Rəftar və Qəhrəmana təklif edir. Və sonra nələrin baş verəcəyini heç kim bilmir...
2019 Çat Kapı Aşk Su, həyatının eşqinin bir gün mütləq onu tapacağına inanan xəyalpərəst bir qadındır. Aras isə hər kəsdən gizlətməyə çalışdığı xəstəliyindən əziyyət çəkən gənc bir vəkildir. Bir gün Su yolda Arasla toqquşanda onun həyatının eşqi ola biləcəyini düşünür. Həyatının eşqinin o olub-olmadığına dair bir işarə gözləyən Su, çox keçmədən bir möcüzə ilə qarşılaşır. Aşağı mərtəbəyə köçən və ondan səs-küyə görə şikayətçi olan qonşusuna hələ görmədən əsəbiləşən Su, qonşusunun Aras olduğunu öyrənincə böyük bir şok yaşayır. Gözlənilən eşq alovlandıqda isə Aras və Su özlərini nağılvari bir hekayənin içində tapırlar.