Все фильмы
1982 Nizami Film-pritça dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuşdur.
Filmdə şairin obrazı, o uzaq illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapmışdır. Bu film insanın tarixdə rolu, onun adamlar qarşısında borcu haqqında düşüncələrdir. Nizaminin mənəvi idealı ilə reallıq arasında uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməmişdir. Смотреть
1979 Babək Film Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunmuşdur. Burada qəhrəmanın həyat yolu və fəaliyyəti öz əksini tapmışdır. Смотреть
1969 Bir cənub şəhərində Lirik-psixoloji dram çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir. Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur. Смотреть
2010 İstanbul reysi Film bir çox mənəvi dəyərlərin aşınmaya məruz qaldığı cəmiyyətimzin ayrı-ayrı qütblərində təklənən 2 nəfərdən – kişi və qadından bəhs edir. Onların biri imkanlı, biri imkansız olsa da, öz yalnızlıqlarını bir-biri ilə unutmağa çalışırlar və buna nail olurlar. Ancaq son ana qədər bu bötüvlüyü qoruyub saxlamaq mümkün olmur. Смотреть
2013 Dərvişin qeydləri Film XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının süqutunun başa çatdığı ərəfədə baş verən hadisələrdən bəhs edir. Hadisələr Azərbaycanın ikiyə bölünməsi dövrünə təsadüf edir.
Filmin çəkilişləri Salyanın Ceyran düzü ərazisində, Şəki, Pirəkəşkül və Bakıda aparılıb.
filmin işçi adı “Dərvişin ölümü” olub. Смотреть
2005 Girov Dağlıq Qarabağ uğrunda müharibə zamanı sərhədyanı zonada yaşayan qonşular bir gecənin içində düşmənə çevrilir. Azərbaycanlı Kərim ermənilər tərəfindən girov götürülür. Kənd əhalisinin qərarına əsasən onu dəyişmək üçün həyat yoldaşının (Gülər Nəbiyeva) sərəncamına bir erməni (Qurban İsmayılov) girov verilir, lakin zaman keçdikcə Kərimin həyat yoldaşı 'düşmən'in də insani cəhətlərə malik olduğunu və bənzər vəziyyətdə olmasını aşkar edir. Смотреть
1971 Ən vacib müsahibə Kinopovest analitik səpgidə jurnalist mənəviyyatından söhbət açır. Bu mənada ki, jurnalistin vicdanı, mənəviyyatı təmiz olmalıdır. O belə bir suala cavab tapmalıdır: 'Həyatın mənası nədədir və mən insanlar üçün nə edə bilmişəm?'
Filmin qəhrəmanı Zaur (Hacımurad Yegizarov) radio jurnalistidir. O, süjet boyu bu sualın cavabını axtarır, lakin cavabı tapmaqda çətinlik çəkir, həyatın mürəkkəb təzadları onu çaşdırır. Смотреть