1973 Var olun, qızlar Film həqiqətən baş vermiş hadisə – 1958-ci ilin yayında Abşeron çimərliklərindən birində dənizdə batan uşaqları xilas edərkən özü həlak olan Bakı məktəblisi Tofiq Hüseynova ithaf edilmişdir. Kinolent həlak olmuş gəncin məhz kimləri xilas etdiyi, xilas edilmiş qızların sonrakı taleyi barədə söhbət açır, filmdə müxtəlif talelər, xarakterlər açıqlanır.
1971 Ən vacib müsahibə Kinopovest analitik səpgidə jurnalist mənəviyyatından söhbət açır. Bu mənada ki, jurnalistin vicdanı, mənəviyyatı təmiz olmalıdır. O belə bir suala cavab tapmalıdır: 'Həyatın mənası nədədir və mən insanlar üçün nə edə bilmişəm?'
Filmin qəhrəmanı Zaur (Hacımurad Yegizarov) radio jurnalistidir. O, süjet boyu bu sualın cavabını axtarır, lakin cavabı tapmaqda çətinlik çəkir, həyatın mürəkkəb təzadları onu çaşdırır.