Главная
ТВ-каналы
Фильмы
Ещё
Сериалы
Спорт
Передачи
Детям
Войти
Джаваншир Кулиев
1 фильм
Все фильмы
2007
Cavid ömrü
Film 'Fuji' kinolentinə çəkilmişdir. Filmdə xronikal kadrlardan istifadə edilmişdir. Filmin çəkilişi Azərbaycan prezidentinin 23 oktyabr 2002-ci il tarixli, Azərbaycan Nazirlər Kabinetinin 8 iyun 2004-cü il tarixli sərəncamına əsasən Azərbaycan Mədəniyyət Nazirliyinə dövlət sifarişi verilib. 2004-cü il üçün nəzərdə tutulmuş ehtiyat fondundan lazımi məbləğ Azərbaycan Mədəniyyət Nazirliyinə ayrılıb. Nazirlik filmin çəkilişlərinə 660 min manat vəsait ayırıb. Ssenari Anarın Üzeyir Hacıbəyov, Mirzə Cəlil və Hüseyn Cavid haqqında yazdığı trilogiyanın son hissəsidir. Filmdə ümumilikdə 72 aktyor rol alıb. Film Azərbaycan kinosu tarixində dövlət sifarişi ilə müstəqil kino şirkəti tərəfindən çəkilmiş (prodüser filmi) ilk film hesab olunur. Filmin operatorlarından biri İrandan gəlib. Filmin aşkarlanması, üzünün çıxarılması və montajı İranda həyata keçirilib. Səsləndirmə və musiqi yazılışı Sankt-Peterburqda aparılıb. Filmin çəkilişi iki ilə yaxın davam edib. Film Hüseyn Cavidin əsərləri əsasında çəkilib.
Смотреть