1991 Şirbalanın məhəbbəti Burada filmin qəhrəmanı Şirbalanın (Hacıbaba Bağırov) məzəli və əyləncəli məhəbbət sərgüzəştlərindən danışılır.
1988 Cansıxıcı əhvalat Film üç övlad böyütmüş valideynlərin qocalandan sonra tənha, diqqətsiz və qayğısız qalmalarından danışır. Nəyə görə belə olur, doğma ana ilə ata nə üçün yadlaşır, cavanlarda bu cür laqeydsizlik və amansızlıq haradandır? Müəlliflər filmdə bu suallara cavab axtarır və tamaşaçıları da bu problem ətrafında düşünməyə çağırırlar.