2023 Cin Atı Sirk təlimçisi olan Xilafə atın vurduğu zərbə nəticəsində ölür. Ölmədən öncə isə əri Ələşrəfdən xahiş edir ki, “heç olmasa, ilimi gözlə, sonra evlən!”. Ələşrəf Xilafəyə söz versə də, vədinə əməl etmir və 40 gün sonra Arifə ilə evlənir. Lakin Xilafə onların qovuşmasına imkan vermir.
2022 Geri Dönənlər İllərdir dost olan 7 nəfər şam yeməyində görüşür. Onlar bir oyun oynamağa qərar verir. Qaydalara əsasən dostlar mesajlarını, zəngləri bir-biri ilə paylaşmaq məcburiyyətində qalırlar. Bu zaman onların sirləri ortaya çıxır və hadisələr fərqli tərəfə yönəlir.