Все фильмы
2017 Hoqqa Filmdə dostu Kəramət (Vüsal Murtuzəliyev) ilə birlikdə Qızxanımı (Dilarə Əliyeva) qaçırtmış Eşqinin (Elməddin Cəfərov) başına gələn hadisələrdən bəhs olunur.
Eşqin və Qızxanım Facebook sosial şəbəkəsində tanış olurlar. Qızxanım rayonda yaşayır, atası onu başqasına ərə vermək istədiyinə görə Eşqindən onu qaçırmasını istəyir. Eşqin onu dostunun meyit daşıyan maşını ilə qaçırdır və hadisələr elə bundan sonra başlayır... Смотреть
2025 Spinozanın Tanrısı Bərq, gənc və istedadlı fotoqrafdır. Öz işləri ilə peşəsində ciddi səviyyələrə gəlib. Gənc oğlanın həyatında hər şey öz axarı ilə getdiyi günlərin birində o, qəribə yuxu görür və həyəcan içində oyanır. Yuxusu ilə bağlı çox güvəndiyi mediator dostu Günaya danışmaq üçün onun ofisinə gedərkən, həmin yuxuda gördüyü qız ilə yenidən qarşılaşır. Sonralar Fəza olduğu aydınlaşan bu qız, müxtəlif yerlərdə Bərqin önünə çıxır, yuxularına girir. Bu yuxular, qarabasmalar oğlanın ruh halına ciddi təsirlər edir. Çevrəsindəkilər, yaxınları ona əllərindən gəldiyi qədər kömək etməyə, Bərqi bu psixoloji burulğandan çıxarmağa çalışırlar. Bir müddət sonra aydın olur ki, o, Fəza ilə həqiqətən illər əvvəl qarşılaşıb və tanışdır. Beləliklə, ikili yenidən əlaqə yaradır, danışırlar və bu münsibət dərin sevgiyə çevirilir. Hadisələrin sonluğu isə tamam başqa nəticələrə və gözlənilməz, dramatik gerçəklərin aydınlaşmasına aparır. Смотреть
2015 Dərs Dərs filmi rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkül tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına 'Azərbaycanfilm' kinostudiyasında istehsal edilmişdir. Ekran əsəri uşaqların məktəb və şəxsi həyatlarından bəhs edir. Filmdə əsas rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Camal İbrahimov və Kamal İbrahimov ifa edirlər. Смотреть