Все фильмы
2019 Əlvida, Şmidt! Etnik alman Emil Şmidtin başına gələn maraqlı əhvalatlar bizi gülməyə və
Kədərlənməyə, həyəcanlanmağa və sadəcə həyatın manasını, adi insani dəyərləri,
vǝtənə məhəbbəti və əlbəttə ki, azadlıq haqqında düşünməyə məcbur edir.
'Əlvida, Şmidt!' rəngarəng personajlarla, doğma Azərbaycanın əsrarəngiz təbiəti
Ilə, yeni məcaralarla ve unudulmaz təəssüratlarla dolu olan yerli yol filmidir. Смотреть
2017 İkinci Pərdə Süjetin əsasını xəyanət motivi təşkil eləyir. Dostun, arvadın, ərin xəyanəti… Bu xəyanət motivləri Arifin (Qorqud Cəfərli) ona təmənnasız yardım edən dostu Timanın arvadı Samirəylə gizli eşq macərası yaşaması ilə kulminasiyaya çatır. Смотреть
2017 Xənnas Ad gününü rayonda anasının yanında qeyd edən İlkin günlərlə gördüyü eyni yuxunun təsiri altında qalaraq, anasının qadağalarına məhəl qoymayıb babası və atasının naməlum səbəblərdən yoxa çıxdığı evə getmək istədiyini deyir. Həmin yuxuda İlkinin babası o evdə kimnənsə gizlənməyə çalışıb,onu köməyə çağırır.
İlkinlə bərabər həyat yoldaşı və dörd dostu həmin evə baş çəkirlər. İlk baxışdan köhnə və atılmış məkan təəssüratı bağışlayan ev getdikcə öz qonaqlarını vahiməyə salır. İlkinin gözünə görünən molla ruhları,əcaib məxluqlar bu evdə dəhşətli bir hadisənin baş verməsinə işarə olur. Gecə boyunca dostlar bu evin cinlərin məskəni olduğunu aşkar edir və məlum olur ki,bu cinlər İlkinin babasından başlayaraq nəslindəki bütün kişiləri öldürürmüş. Bunlara səbəb isə babasının sovet vaxtı bir qrup dindar insanları evin zirzəmisində qətlə yetirməsi olub.
Bu lənəti götürməyə çalışan dostlara, paranormal hadisələrlə mane olan qara qüvvələr onların gecəsini kabusa çevirir.Yalnız Allaha sığınmaq onları bu gecədən sağ çıxarda bilər... Смотреть
2023 Mən burada tək olmuşam İnşaat şirkətində satış meneceri olaraq çalışan Həsən (33) və arvadı Fəridə (30) uzun müddətdir uşaq sahibi ola bilmirlər. Həsən həkim müayinəsindən sonra özünün qısır olduğunu öyrənir. Amma kişiliyinə xələl gəlməsindən çəkinən Həsən bu məlumatı həyat yoldaşından gizlədir. Problemin Sevdada olduğunu düşünən Həsənin anasının israrıyla müalicə üçün bir kənddə yaşayan ara həkiminin yanına gedirlər. Смотреть
2016 40-ci paraleldə 40-cı paraleldə kinoalmanaxı 4 qısametrajlı bədii filmdən ibarətdir: “Postskriptum”, “Onun atası”, “Hədiyyə” və “Qara bağ”. Kinoalmanax 2016-cı ildə 'Azərbaycanfilm' kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat, Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza, İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı, Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov ifa edirlər.
Postskriptum- Film “Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edir. Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.
Onun atası - Psixoloji dram janrında lentə alınan “Onun atası” filmi, Qarabağ müharibəsinin cəmiyyətə vurduğu fəsadlardan bəhs edir. Ailə başçısı olan jurnalist vətənini ailəsi qədər üstün tutaraq müharibədə iştirak etməyə qərar verir. Filmin əsas süjeti ilə bağlı olan, döyüşlər zamanı itkin düşən jurnalistin axtarışları zamanı ailəsinin və yaxınlarının keçirdiyi həyəcan və müharibənin cəmiyyətə mənfi təsiri də təsvir edilir.
Hədiyyə - Yenicə ailə qurmuş iki gəncin sosial problemi fonunda sevgi hekayəti təsvir olunur. Maddi çətinliyi olan ailənin kirayə pulunu ödəməyə, yeni ilə təsadüf edən evliliklərinin ildönümünə hədiyyə almağa imkanları yoxdur. Gənc qadın saçını kəsib, ərinin sevimli qızıl saatına qolbaq, kişi isə saatı satıb sancaq alır.
Qara bağ - “Qara bağ” dilək ağacına bağlanan “qara düyünlər” mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir.
Qarabağdan olan yaşlı qaçqın (Vidadi Əliyev) itirilən torpağın xiffətini çəkir. Həkim övladlarına onun xərçəng olduğunu, ömrünə az qaldığını deyir. Oğul atasının ömrünü uzatmaq üçün telekanallardan birində Qarabağın sülh yolu ilə alınması haqda xəbər verdirir. Amma sevindirici xəbər həyəcanlanan qocanın ölümün tezləşdirir. Rejissor metaforlardan yararlanıb, dilək ağacına bağlanan qara parçalardan ibarət düyünlər problemi ifadə edir, finalda düyünləri bağlandığı ağacın tumurcuqlanmasıyla tragizm nikbinlyə köklənir. Смотреть
2018 Fəlakət Fəlakətin ailəsi, uşaqlığı, yaşadığı məhəllə və şəxsi həyatı işıqlandırılmışdır ki, bu da onu daha yaxından və başqa tərəfdən tanıdacaq. Problem bir biznesmenin Fəlakətin yaşadığı məhəlləni sökmək qərarından sonra başlayır. Qəhrəmanımız irəli atılaraq bu problemi aradan qaldırmaq və zalım biznesmeni cəzalandırmaq qərarına gəlir. Amma o, Fəlakətdir axı– qeyri adekvat olması onun bütün planlarını alt-üst edir və problem daha da ağırlaşır. Fəlakət bu vəziyyətdən çıxış yolu tapacaqmı? Смотреть
2016 Pərdə Lalənin atası tərəfindən planlaşdırılan toy günü sürətlə yaxınlaşır. Emil anlayır ki, vaxt onun əleyhinə işləyir və təcili hərəkət etməlidir. Elə bu anda fürsət yaranır: toy hazırlıqları ilə bağlı Lalənin atası bir neçə günlüyünə şəhərdən gedir. Emil Laləni bu evlilikdən xilas etmək üçün onun qardaşı Zaurdan kömək istəyir. Zaur isə ağır bir seçim qarşısında qalır — ata iradəsi, ailə ənənələri və cəmiyyətdəki nüfuz, yoxsa dostuna sədaqət və bacısını onunla eyni taleyi yaşamaqdan qorumaq. Смотреть
2021 Olimpia Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSSRi paytaxtı olan Moskva şəhərində başlamış, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam etdi və uzaq Kubada sona çatmışdır. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov çoxdan peşəkar idmandan uzaqlaşaraq doğma qəsəbəsində sakit bir həyat yaşayır. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi dərsini apaprır, tez-tez radio dinləyir və boş vaxtlarını həmkarları - ən yaxın dostları Valeh və Dadaşla keçirir. Dostlar hər şənbə-bazar günlərini qəsəbədən bir az aralıqda yerləşən gölün sahilində balıq tutaraq, şən zarafatlar edərək, ev çaxırırından içərək həyatlarından həzz alırlar. Lakin hər axşam İlqar evə tək qayıdır, çünki şən olmasına baxmayaraq o tənha bir insandır. Nə ailəsi, nə uşaqı, nə gələcəyə bir baxışı, planları, inamı…Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir. Смотреть
2014 Mən evə qayıdıram 'Mən evə qayıdıram' filmi 1990-cı illərədən bəhs edir. Film hərbi vətənpərvərlik mövzusunda, real hadisələr əsasında çəkilib. Film Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. 85 dəqiqə sürən 'Mən evə qayıdıram' filmində ilk dəfə Azərbaycan hərbi hava qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin səmada düşmən texnikası ilə mübarizəsi əks olunub. Смотреть