Все фильмы
2002 Güllələnmə təxirə salınır! Həyat onları özgə cür yaşamağa və tanımağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər...
1941-1945-ci illər müharibəsindən sonra bir qrup gənc 'varlıların' əllərindən artıq mal-dövlətlərini alıb kasıblara paylayır. Eyni zamanda onlar qadın və gəlinlərin, xüsusilə ərləri cəbhəyə getmiş ana və bacıların namusunu qoruyurlar...
Hüquqi baxımdan bu cavanlara 'oğru' damğası vurulsa da, camaatın əksəriyyəti onların bu hərəkətinə haqq qazandırır... Filmdə həmin gənclərin cinayət tərkibli xeyirxah əməllərindən söhbət açılır. Смотреть
2016 Pərdə Lalənin atası tərəfindən planlaşdırılan toy günü sürətlə yaxınlaşır. Emil anlayır ki, vaxt onun əleyhinə işləyir və təcili hərəkət etməlidir. Elə bu anda fürsət yaranır: toy hazırlıqları ilə bağlı Lalənin atası bir neçə günlüyünə şəhərdən gedir. Emil Laləni bu evlilikdən xilas etmək üçün onun qardaşı Zaurdan kömək istəyir. Zaur isə ağır bir seçim qarşısında qalır — ata iradəsi, ailə ənənələri və cəmiyyətdəki nüfuz, yoxsa dostuna sədaqət və bacısını onunla eyni taleyi yaşamaqdan qorumaq. Смотреть
1991 Bəxt üzüyü Filmin süjeti ailə-məişət münaqişəsi fonunda üzüyün itməsilə başlayır. Saranın 'bəxt üzüyü'nün itdiyi iddia olunur və bu hadisə ailədaxili və sosial münasibətləri sarsıdır. Hadisələrin inkişafı zamanı üzüyün itməsinin ətrafında müxtəlif fərqli insan tiplərinin xarakterləri, davranış modelləri və sosial statusları üzə çıxır. Zahirən komediya janrında qurulan film əslində geniş sosial və fəlsəfi məzmun daşıyır.
Filmdə təqdim edilən personajlar cəmiyyətin müxtəlif təbəqə və davranış modellərini təmsil edir. Moşu – bacarmadığı sahələrdə fəaliyyət göstərən, lakin ailəsinə bağlı kişi tipidir. Söylü – şəhər mühitinə uyğunlaşa bilməyən, kənd mentalitetini daşıyan obrazdır. Sədaqət – əxlaq normalarına etinasız yanaşan, sərbəst həyat tərzi sürən şəxsləri təmsil edir. Rasim – rüşvətxor, şəxsi maraqlarını ön planda tutan və sosial pozuntulara biganə münasibət göstərən obrazdır. Hüseyn – yetimxanada böyüyən, həyat çətinliklərinə uyğunlaşa bilməyən və cəmiyyətin mənəvi deformasiyasından əziyyət çəkən şəxsdir. Filmdə üzüyün kim tərəfindən götürüldüyü məsələsi də ideya baxımından vacibdir. Əsərdə üzüyü Hüseynin götürərək satdığı göstərilsə də, film versiyasında üzüyün sadəcə olaraq itdiyi bildirilir. Bu dəyişiklik süjet xəttinə fəlsəfi yük əlavə edir: üzük burada təkcə əşya deyil, həm də simvolik olaraq xalqın və ya cəmiyyətin 'bəxti', ümumi harmoniyası kimi yozulur. Bu 'itki' müxtəlif personajların daxilən və sosial olaraq deformasiyaya uğraması ilə nəticələnir. Смотреть
2016 Əli və Nino Müsəlman Əli ilə xristian Ninonun sevgi hekayəsi 1917-18-ci illərdə Bakıda bolşevik işğalı ərəfəsində baş verir. Şərq dəyərlərinə dayanan fikirlərə sahib olan Əli Xan Şirvanşir və qərb mədəniyyətinin daşıyıcısı Nino Kipiani məktəb illərində bir-birlərinə aşiq olurlar. Birinci Dünya müharibəsi və Rusiya inqilabı davam etdiyi vaxtda, Azərbaycanın müstəqillik mübarizəsində olduğu xaotik bir mühitdə Əli şərq mədəniyyətindən gələn fikirləri və Ninoya olan məhəbbəti arasında seçim etmək məcburiyyətində qalır. Ninonun atası da əvvəlcə fikir ayrılığında olsa da, daha sonra erməni əsilli dostunun məsələyə müdaxilə etməsindən sonra evlilik haqqındakı fikirləri dəyişir.
Hadisələr haqqında danışılan erməninin Ninonu qaçırmasından sonra dramatikləşir. Əli xan dinin qaydalarına uyğun olaraq ermənini öldürür və intiqamdan çəkinərək Bakıdan qaçmaq məcburiyyətində qalır. Aylar sonra Əli xanı yoxsulluq içində tapan Nino onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədi ilə Azərbaycana yürüyüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə birlikdə İrana gedirlər. Nino İranda özünü ev həbsi şəraitində hiss edir və xoşbəxt görmür. Azərbaycanda şərqdəki ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli xan yenidən Bakıya qayıdır və yeni respublikanın mədəni və ictimai həyatında aktiv şəkildə yer alır. Sonralar Əli xana Fransada Azərbaycan səfiri olmaq təklifi gəlsə də, Ninonun İranda keçirdiyi hisslərlə qarşılaşmamaq üçün qəbul etmir. Əli xan Şirvanşirin qısa həyatı 1920-ci ildə rusların Azərbaycana hücumu ilə sona çatır. Nino isə yeni anadan olan uşağı ilə birlikdə Gürcüstana qaçır. Смотреть