Все фильмы
1996 Özgə vaxt Filmin qəhrəmanı Leyla (Ayan Mirqasımova) uzun illər müalicəsi mümkün olmayan xəstə atasına (Ələddin Abbasov) qulluq edir. O özü keçirdiyi iztirablı həyata sevgilisini (Elşən Rüstəmov) cəlb etməmək üçün ondan ayrılır. Heç bir qulluqçu atasının şıltaqlıqlarına dözə bilmir və ona görə Leyla işdən çıxmağa məcbur olur, tədricən yaxın dostlarını da itirir... Leyla özündən asılı olmadan, yavaş-yavaş həyat tərzini dəyişərək 'atasının vaxtı' ilə yaşayır.
İnsan təbiəti dəyişməzdir, şüuru isə dəyişkəndir, nisbidir. Cəmiyyətdən, mühitdən asılı olan şüur mənəviyyat və əxlaqi normaları formalaşdırır. Həyatda çox vaxt insanın mənəvi dəyərləri, təbiətin qoyduğu və daimi olan əsaslarla ziddiyyət təşkil edir. Bu isə harmoniyanın pozulmasına gətirib çıxarır və faciə ilə nəticələnir. Смотреть
2007 Biz qayıdacağıq Filmdə Qarabağ müharibəsi bir uşağın dili ilə canlandırılır. Müharibənin bütün dəhşətləri bu balaca oğlanın gözü qarşısında baş verib. Onu öz torpağına qayıtmaq arzusundan heç bir güc döndərə bilməz.
Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi, ermənilərin törətdiyi qətliamlar, Qarabağ müharibəsinin faciəvi nəticələri, qaçqın-köçkün taleyinin çətin məqamları filmin süjet xəttinin əsasında dayanıb. Erkən yaşlarında doğmalarını itirən Zakir Qasımovun (Pərvaz İbrahimli) payına isə bu müharibədən həyatın boz üzü və xatirələrin acısı düşüb.
Filmin qəhrəmanının atası Xocalı soyqırımı zamanı həlak olmuşdur. Gözəl səsi olan bu gənc Musiqi Akademiyasına getməyə hazırlaşsa da, fikrini dəyişir və Hərbi Akademiyaya oxumağa gedir. Смотреть
1998 Otel otağı Alim Kərim Əsgəroğlu Ankaraya elmi konfransa gəlir. Eyni zamanda o, Türkiyədə ali məktəblərdən birində dərs demək niyyətini həyata keçirmək üçün İstanbula gedir. Kərim çətin dövrlərdə, ağır vəziyyətlərdə, mürəkkəb şəraitdə öz ziyalı ləyaqətini, mənliyini, təmizliyini qoruyub saxlayan və bunun acısını yaşayan bir insandır. İçində daima daşıdığı Qarabağ dərdi, Şuşa həsrəti və Xocalı faciəsinin acı xatirələri Kərimin, sözün hərfi və məcazi mənasında, ürək ağrılarının əsas səbəbidir. Bu nisgillərə ailə qayğıları, İstanbulda işləyəcəyi haqqında ona verilən vədlərin yalan çıxması və irili-xırdalı başqa mənfi emosiyalar da əlavə olunaraq Kərimin ömrünü qısaldır.
Film Anar Rzayevin “Sıraselvilərdə bir otel otağı” povestinin motivləri əsasında çəkilib. Смотреть
2001 Yuxu Film iki sevən gəncin məhəbbətindən bəhs edir. Belə ki, filmdəki hadisələr bizim günlərdə səfalı Abşeron qəsəbələrindən birində, baş qəhrəmanın yuxusu ətrafında cərəyan edir. Əliabbas (İlham Qasımov) sevgilisinə qovuşmaq üçün nə dedi-qodulardan,nə də hədələrdən qorxur. O öz xoşbəxtliyi uğrunda mübarizə aparır… Və nəticədə istədiyinə nail olur. Смотреть