1956 O Olmasın, Bu Olsun 1910-cu ildə Bakıda cərəyan edən hadisələrdə iki gəncin - Sərvər və Gülnazın ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır.
Film Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasının motivləri əsasında çəkilib.
Film ilk rəngli bədii Azərbaycan filmidir.
1955 Görüş Film bir-birilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmişdir. Filmin mərkəzində iki gəncin - özbək qızı Lala ilə azərbaycanlı Kamilin saf məhəbbəti durur