Все фильмы
1975 Alma almaya bənzər Baş qəhrəmanı Nadir babadır. O, ömrü boyu bağbanlıq edib, bir-birindən almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur Смотреть
1971 Gün keçdi Kino mütəxəssisləri bu lirik kinopovesti 'iki aktyorla rejissor işi' adlandırıblar. Burada bizim müasirlərimiz olan iki gəncin uğursuz məhəbbətindən danışılır. Süjet iki qəhrəmanın taleyi, iki xarakterin münasibətləri üzərində qurulmuşdur. Film qəhrəmanların və eləcə də Bakının əhval-ruhiyyəsini özündə əks etdirir. İlk baxışdan adama elə gəlir ki, Əsmər (Leyla Şıxlinskaya) xoşbəxtdir; onun diplomat əri, qızı, dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Əvvəllər bəlkə də bütün bunlar onu əyləndirmiş, sonralar isə tədricən gözündən düşmüşdür. Çünki Əsmər hələ də bəzi gənclərimiz kimi həyatda öz yerini tapa bilmir…
Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər. Keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi. Keçmiş və gələcək 'məkan' arayışında təqdim edilən, keçmişdən gələn bir məhəbbət hekayəti. Xüsusi çərçivələrlə verilən geniş 'geridönüş' səhnələrindən ibarət olan bu müəllif filmi insanda bir nostalgiya duyğusu da oyadır.
Film fəlsəfi sonluqla bitir: yalnız keçmişlə, uşaqlıq xatirələri ilə yaşamaq olmaz, hər adamın gələcəyi olmalıdır. Artıq Oqtaydan (Həsən Məmmədov) ayrılan Əsmərin qəlbində həyatını yenidən qurmaq, güzəştlərə getmək arzusu daha da möhkəm baş qaldırır. Ömrün günlərindən yalnız birini, bir qədər qeyri-adi, lakin digər günlərdən az fərqlənən günü göstərən filmin sonunda hər iki personaj – Oqtay və Əsmər ciddi düşünüb nəticə çıxarırlar.
Filmdə belə bir fəlsəfi məqam vurğulanır ki, ötən günü geri qaytarmaq mümkün deyil. Bu, Əsmərin bütün hərəkətlərində, film boyu davam edən xatirələrində ortaya qoyulur. Tamaşaçı filmə baxarkən nəsə gözlədiyi kimi, Əsmər özü də gözləyir. Ancaq filmin sonunda o, hiss edir ki, Oqtayla bir-birilərinə lazım deyillər. Təbii ki, keçmiş də keçmiş olaraq qalır. Смотреть
1977 Arxadan vurulan zərbə Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) cinayətkarı tapmaq üçün uzun axtarışlar aparmalı olur.
Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. Смотреть
1967 İnsan məskən salır Filmdə tufan zamanı dəniz buruğunda həlak olmuş briqadirin yerinə təyin olunan gənc neftçi-mühəndisin (Ələsgər İbrahimov) ona etimad göstərən briqada üzvlərinin rəğbətini, inamını öz biliyi, bacarığı, cürəti ilə qazanmasından və dəniz mədənində həmişəlik məskən salmasından söhbət açılır. Смотреть
1969 Uşaqlığın son gecəsi Filmdə mərkəzi fiqurlar Murad (Ənvər Həsənov) və Rüstəmin (Səyavuş Şəfiyev) hekayəsi danışılır. Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstə ilə toqquşur. Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır. Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır. Əhvalat eyni zamanda hər iki qəhrəmanın ilk sevgisindən bəhs edir. Murad və Rüstəm obrazlarının xarakterindəki əksliklər süjeti daha da dinamikləşdirir, bəzən komik ziddiyyətli situasiyalar yaradır. Смотреть