1977 Arxadan vurulan zərbə Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) cinayətkarı tapmaq üçün uzun axtarışlar aparmalı olur.
Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar.
1979 Babək Film Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunmuşdur. Burada qəhrəmanın həyat yolu və fəaliyyəti öz əksini tapmışdır.