Все фильмы
1969 Şərikli çörək Vaqif İçərişəhərli balasıdır və bir neçə günlük tək qalır. O, çörək kartını itirir, çörəyi qazanmaq üçün isə qonşular üçün su daşıyır, bazarda alverlə məşğul olur. Vaqif ona yaxın olan bir insanı itirir Смотреть
1975 Alma almaya bənzər Baş qəhrəmanı Nadir babadır. O, ömrü boyu bağbanlıq edib, bir-birindən almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur Смотреть
1979 Bizi bağışlayın Filmdə çox aktual mənəvi-etik məsələyə toxunulur.[1] Burada müasir həyatımızdan, adamlar arasında mürəkkəb və bəzən təzadlı münasibətlərdən, nəsillərin əlaqəsindən və gənclik ideallarına sədaqətdən danışılır. İnsan haradan harayadək yüksəlməsində xidməti olan bəzi insanları, xüsusən də həyata və elmə dair təməl bilikləri aldığı müəllimləri unudur. Müəllim isə şöhrətlənən şagirdlərini unutmur.
Filmdə məşhur alimin illər sonra pensiyaya çıxmış orta məktəb müəllimi ilə görüşündə yaşadığı sarsıntı ön plana çəkilib. Sadə, qocafəndi ömür sürən Mariya Petrovna (Yelena Fadeyeva) öz puluna keçmiş şagirdi Nərimanın (Həsən Məmmədov) kitabını da alıb. Nəriman həmin kitabı görəndə xatırlayır ki, böyük uğur qazanarkən doğma şəhərindən ona təbrik teleqramını adını unutduğu və bu üzdən cavab vermədiyi müəlliməsi vurubmuş. Xatirələrlə dolu söhbət məşhur şagirdin unudulmuş müəllimənin dolabındakı həmin kitaba «Bizi bağışlayın» etirafını yazması ilə bitir. Смотреть