Все фильмы
1959 Bir qalanın sirri Filmdə əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı xalqın mübarizəsindən danışılır. Alim-həkim Eldostu, onun sədaqətli və sevimli şagirdi Mətanət, igid və cəsur gənc usta Elşən, Kamran baba bu mübarizənin önündə gedirlər.
Filmdə göstərilir ki, xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama xoşbəxtlik bəxş edir.
Filmin çəkilişləri Mingəçevir yaxınlığındakı Bozdağın ətəklərində, İsmayıllı, Kəlbəcər, Mərdəkan, Sankt-Peterburq və pavilyonda aparılıb.
Film Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesinin motivləri əsasında çəkilib. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir. Смотреть
1963 Əhməd haradadır? Valideynlərinin yanına gələn Əhməd öyrənir ki, onu evləndirmək qərarına gəliblər. Buna qəzəblənən Əhməd evdən çıxıb gedir. Eyni hadisə Leylanın da başına gəlir. Lakin təsadüf nəticəsində Əhməd ilə Leyla qarşılaşır və bir-birlərinə aşiq olurlar Смотреть
1955 Görüş Film bir-birilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmişdir. Filmin mərkəzində iki gəncin - özbək qızı Lala ilə azərbaycanlı Kamilin saf məhəbbəti durur Смотреть